Ağdaşda ağır qəza - Ölən və yaralananlar var

17 May 2025 00:12

Mayın 16-da saat 21 radələrində Ağdaş rayonu ərazisində 32 yaşlı Məhəmməd Atəddinovun idarə etdiyi "Mercedes" markalı avtomobil əvvəlcə at arabasına dəyib, daha sonra isə yük avtomobili ilə toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, nəticədə M.Atəddinov hadisə yerində ölüb, sərnişinləri 1972-ci il təvəllüdlü Əflatun Şirinov, 1966-cı il təvəllüdlü Şöhrət Şirinov, 1989-cu il təvəllüdlü Elvin Şirinov, 2009-cu il təvəllüdlü Ömər Musayev və at arabasında olan 1971-ci il təvəllüdlü Məqsəd Həmidov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Milli.Az