Suriyanın Dünya Bankına olan 15,5 milyon dollar borcu ödənilib.
Milli.Az xəbər verir ki, bu haqda Dünya Bankı açıqlama yayıb.
Dünya Bankı Suriyanın banka olan borcunun Səudiyyə Ərəbistanı və Qətər tərəfindən ödənildiyini açıqlayıb:
"Suriyanın Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA) təxminən 15,5 milyon dollarlıq borcu ödənilib".
Qeyd edək ki, Dünya Bankı Qrupunun ən yoxsul ölkələr üçün fondu olan BİA iqtisadi artımı, dayanıqlılığı artıran və yoxsul insanların həyatını yaxşılaşdıran layihələr və proqramlar üçün ölkələrə sıfır və ya aşağı faizli kreditlər və qrantlar verir.
Milli.Az