Bakıda iki marşrutun yolu dəyişdirilir

16 May 2025 19:13

Sabahdan Bakıda 508 və 521 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti dəyişdirilir.

Bu barədə Milli.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Belə ki, sabahdan "Pirşağı-Xırdalan-Novxanı-M4" avtomobil yolu layihəsi ilə əlaqədar, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən sözügedən avtobus marşrutlarının hərəkəti alternativ olaraq Saray qəsəbəsinin Elnur Allahverdizadə küçəsi ilə təşkil ediləcək.

Milli.Az