Ermənistanda zəlzələ oldu

16 May 2025 17:10

Ermənistan-Gürcüstan sərhədində 2,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidməti məlumat yayıb.

Zəlzələnin episentri Ermənistanın Bavra kəndindən 8 kilometr şimal-şərqdə yerləşib.

Qeyd olunur ki, yeraltı təkanlar yerli vaxtla saat 12:08-də qeydə alınıb. Zəlzələnin episentri Ermənistanın Bavra kəndindən 8 km şimal-şərqdə yerləşib. Episentrdə zəlzələnin maqnitudası 3 bal olub.

Yeraltı təkanlar Bavra, Sarağyux, Kazançı (Şirak rayonu) kəndlərində 2-3 bal gücündə hiss olunub.

Milli.Az