Ukrayna Rusiyanın tələblərinə mümkünsüz dedi

16 May 2025 23:00

Ukrayna-Rusiya münaqişəsinin davam etdiyi vaxtda danışıqlarda qarşıya çıxan yeni məsələlər daha da gərginləşib.

Milli.Az xəbər verir ki, Ukraynanın diplomatik dairələrindən verilən açıqlamaya görə, Rusiyanın son təklifləri artıq keçmiş müzakirələrdən kənara çıxıb və reallıqla əlaqəsi olmayan tələbləri əhatə edir.

Ukraynanın diplomatik mənbələri Rusiyanın irəli sürdüyü şərtləri qəbul etmədiklərini bildiriblər. Həmin mənbə vurğulayıb ki, bu tələblər əvvəlki danışıqlarda razılaşdırılan mövzulardan xeyli fərqlənir və Ukrayna üçün qəbuledilməzdir.

Asya
Milli.Az