İyunun 1-də Xankəndidə ilk dəfə ali məktəblərə qəbul imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə bu, işğaldan azad edilmiş bölgələrdə təşkil olunan ilk qəbul imtahanıdır və Qarabağ Universitetində baş tutacaq. İmtahanda Xankəndi, Xocalı, Ağdərə, Şuşa, Laçın, Füzuli, Cəbrayıl və Zəngilanda yaşayan abituriyentlər iştirak edəcək.
Qəbul imtahanları mayın 25-i və iyunun 1-i olmaqla ümumilikdə 24 şəhər və rayonda keçiriləcək. Xankəndidə mayın 25-də 51, iyunun 1-də isə 21 abituriyentin imtahanda iştirakı planlaşdırılır.
Milli.Az