"La Liqa"nın çempionu bəlli oldu

16 May 2025 09:03

İspaniya La Liqasında növbəti tura yekun vurulub.

Milli.Az xəbər verir ki, "Barselona" səfərdə əzəli rəqibi "Espanyol"la qarşılaşıb.

Çempionatın lideri rəqibini 2 cavabsız qolla məğlub edib.

Bu nəticə ilə xallarının sayını 85-ə çatdıran "Barsa" "Real Madrid"i 7 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.

Klub bu uğura 28-ci dəfə nail olub.

Hüseyn
Milli.Az