Barokko Musiqisi Axşamı baş tutub - FOTO

15 May 2025 17:23

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Barokko Musiqisi Axşamı baş tutub.

Öncəliklə Azərbaycan Respublikasının Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru İlham Nəzərov musiqisevərləri konsertlə bağlı məlumatlandırıb.

Daha sonra bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi, Azərbaycan Dövlət Xor Kapellası, konsertmeyster Xurşid Abdullayevanın müşayiəti ilə solistlər - Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov (kontratenor), beynəlxalq müsabiqələr laureatı Tofiq Zeynalov (kontratenor) və Nuray İsmayılova (soprano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda Avropa bəstəkarlarının əsərləri səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az