"iPhone 17" nə vaxt satışa buraxılacaq?

16 May 2025 04:04

Texnologiya həvəskarlarının səbirsizliklə gözlədiyi "İPhone 17" seriyasının buraxılış tarixi ilə bağlı detallar ortaya çıxıb.

Milli.Az xəbər verir ki, "Apple"ın hər il sentyabr ayında yeni modellərini təqdim etməsi nəzərə alınaraq, "iPhone 17"nin də 2025-ci ilin sentyabrında təqdim olunacağı gözlənilir. Yeni seriyanın "iPhone 17", "iPhone 17 Air" (və ya Slim), "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" olmaqla dörd fərqli modeldə təqdim ediləcəyi ehtimal edilir.

Hazırda "iPhone 17"nin qiyməti ilə bağlı rəsmi məlumat açıqlanmasa da, əvvəlki modellərə əsasən qiymətlərin fərqli modellərə görə dəyişəcəyi gözlənilir.

Yeni "iPhone" modeli ilə bağlı "Apple"ın yaxın aylarda daha ətraflı məlumat təqdim edəcəyi bildirilir.

Milli.Az