Efirlərin birində müğənnilər arasında gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, eyni verilişdə qonaq alan Qumral ilə digər ifaçının sözləri bir-birinin boğazından keçməyib.
Hər iki sənətçi qarşılıqlı ittihamlarla bir-birini susdurmağa çalışıblar. Canlı yayımda tərəflər arasında söz savaşı yaşanıb.
Qumral həmkarının atmacalarına belə cavab verib:
"Burada atmaca ilə danışamağa ehtiyac yoxdur. Hər şeyi görürəm, uşaq deyiləm. Eyni toyda hərəkətlərini gördüm. Yekə-yekə danışmaq lazım deyil. Efirdən kənar sözlərini mənə deyərsən və cavabını alarsan. Beynin xarabdırsa, get, düzəltdir".
Aygün adlı ifaçı isə ona bu sözlərlə qarşılıq verib:
"Efirdə özünü mələk kimi aparma. Səni də görürlər bizi də... Açıb desəm, gərək hər birimiz verilişdən gedək. Səndən niyə qorxum ki, çörəyimi-suyumu vermisən? Ev, yoxsa maşın almısan? Eyni məclislərə getmişik, ikimizə də pul xərcləyiblər. Nə xərcləyibsə, mənə verib, kimə nə?".
Hüseyn
Milli.Az