“Azərlotereya”nın “1001 Sevinc” əşya lotereyası başladı

15 May 2025 13:45

"Azərlotereya"nın "1001 Sevinc" əşya lotereyası başladı

"Azərlotereya" növbəti möhtəşəm lotereya ilə hər kəsi sevindirəcək. "1001 Sevinc" yeni tirajlı lotereyasında yüzlərlə dəyərli əşyalar sahiblərini gözləyir.

Əşya lotereyası oyunçulara cəmi 1, 2 və ya 5 manat qarşılığında bir-birindən müxtəlif qiymətli hədiyyələr qazanmaq imkanı yaradır.

Belə ki, 1 manata smartfonlar, televizorlar, tozsoranlar, oyun konsolları və digər elektron məhsullar, 2 manata notbuklar, səyahət kuponları, dəyərli hədiyyə kartları və ən əsası 5 manata "Toyota RAV4" avtomobilinə sahib ola bilərsiniz.

Lotereyada iştirak etmək üçün sadəcə Azerlotereya.com və ya Misli.az saytına daxil olub "1001 Sevinc" bölməsindən istədiyiniz əşya üzrə lotereya bileti almağınız kifayətdir. Biletləri tezliklə bütün "Azərlotereya" satış nöqtələrindən əldə edə biləcəksiniz. Hər bilet sizi yüzlərlə hədiyyədən birinə daha yaxın edəcək.

Əşya lotereyasının qalibləri "Azərlotereya"nın yutub kanalında canlı yayımda müəyyən olunacaq. Daha ətraflı məlumatı Azerlotereya.com rəsmi saytına daxil ola bilərsiniz.

Milli.Az