Astrologiya təkcə sevgi və karyera ilə deyil, sağlamlıqla da əlaqələndirilə bilər. Mütəxəssislərin fikrincə, hər bürcün idarə etdiyi bədən hissəsi, stresə reaksiyası və emosional dayanma qabiliyyəti onun sağlamlıq vəziyyətinə birbaşa təsir göstərə bilər.
Milli.Az xəbər verir ki, bəs ulduzlar hansı bürcün sağlamlıq baxımından daha həssas olduğunu deyir?
Astroloqların fikrincə, ən çox xəstələnən bürc Əqrəbdir. Dərin və intensiv emosiyalara sahib olan bu bürc nümayəndələri sağlamlıqları ilə bağlı da ciddi çətinliklərlə qarşılaşa bilərlər. Çox zaman hisslərini içində saxlayan Əqrəblər sağlamlıq problemlərini də gizli saxlamağa meyillidirlər. Onlar vəziyyətin ciddiliyinə baxmayaraq, son anda həkimə müraciət edirlər ki, bu da problemlərin ağırlaşmasına səbəb ola bilər.
Astroloji olaraq Əqrəb bürcü reproduktiv orqanlar, sidik yolları və hormonal sistemlə əlaqələndirilir. Bu sahələrdə narahatlıqlar, həmçinin xroniki xəstəliklər və immunitet zəifliyi Əqrəblər arasında daha çox müşahidə olunur.
Hər bürcün sağlamlıq baxımından zəif cəhətləri var, lakin Əqrəblər həm emosional, həm də fiziki baxımdan dərin təsirlər yaşayan bürclərdən biridir. Buna görə də onların özlərinə daha çox diqqət göstərməsi vacib sayılır.
Fidan
Milli.Az