Müğənni Dəniz həbs olundu

15 May 2025 12:33

Müğənni Dəniz Əsədova həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Binəqədi rayon Məhkəməsində hökm çıxarılıb.

Belə ki, vəkil Asim Abbasovun xüsusi ittiham qaydasında şikayəti əsasında Dəniz Əsədova 7 ay azadlıqdan məhrum edilib.

Faktı vəkil Asim Abbasov report-a təsdiq edib.

Qeyd edək ki, vəkil onun barəsində böhtan və təhqir xarakterlerli məlumatlar yaydığı üçün müğənni Dəniz Əsədovanı məhkəməyə verib.

Milli.Az