"Mançester"in "vuran ayağı" gedir?

15 May 2025 14:30

"Mançester Siti"nin ulduzu Haalandın komandadan gedəcəyi barədə xəbərlər yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücumçunun xidmətində "PSJ" və "Bavariya" kimi klublar maraqlıdır.

Norveçli oyunçunu heyətində görmək istəyən klublar isə nəz az nə çox 175 milyon avrosundan keçməlidirlər.

Forvard özü də klubunun ən çox maaş alan futbolçusudur.

Qeyd edək ki, Haalandın "Siti" ilə müqaviləsi 2034-cü ildə başa çatır. 

Hüseyn
Milli.Az