Bulvara Çindən faytonlar gətiriləcək

15 May 2025 14:00

Dənizkənarı Bulvar İdarəsi Çin şirkətinə faytonlar sifariş verib.

Bu barədə iqtisadiyyat.az İdarədən məlumat əldə edib.

Məlumata görə, Dənizkənarı Bulvar İdarəsi Çin şirkəti "Xuchang Qianzhimei Carriage Manufacturing Co. LTD" ilə elektrik mühərrikli (atsız) faytonların satın alınması ilə bağlı müqavilə bağlayıb.

Sifariş edilən faytonların sayı açıqlanmayıb.

Milli.Az