"Real Madrid"in növbəti mövsümdən etibarən baş məşqçi postuna keçəcəyi gözlənilən Xabi Alonso artıq planlaşdırma işlərinə başlayıb.
Milli.Az xəbər verir ki, klub daxilindəki mənbələrin verdiyi məlumata görə Alonso rəhbərliklə ilkin görüşlərini keçirib və heyətə dair öz baxışlarını təqdim edib.
"Bayer Leverkuzen"də möhtəşəm performans sərgiləyərək Avropanın diqqətini cəlb edən ispaniyalı mütəxəssis Madrid nəhəngində də eyni prinsipiallıqla yanaşmağa hazırdır. Alonso rəhbərliyə heyətdə gələcəkdə yer almasını istəmədiyi futbolçuların adlarını əks etdirən siyahı təqdim edib.
Siyahıya daxil olan beş futbolçunun adları aşağıdakılardır:
Lukas Vaskes
Ferlan Mendi
Rodriqo Goes
Brahim Dias
Dani Sebalyos
Mənbələrin məlumatına görə, Xabi Alonso bu futbolçuların oyun üslubunun və performansının öz taktiki baxışlarına uyğun olmadığını bildirib. Bu səbəbdən də onların yay transfer pəncərəsində satışa çıxarılması tövsiyə olunub.
Xabi Alonsonun məqsədi "Real Madrid"də daha dinamik və pressinqə dayanıqlı futbol qurmaqdır. Onun mövcud heyətlə bağlı verdiyi qərarlar da bu hədəfə xidmət edir.
Məlumatlara görə, artıq bəzi Avropa klubları adıçəkilən futbolçularla maraqlanmağa başlayıb.
Fidan
Milli.Az