Bu ölkənin "Avroviziya" təmsilçisi azərbaycanlı imiş - FOTO

15 May 2025 11:40

İsrailin "Avroviziya-2025 " mahnı müsabiqəsindəki təmsilçisi Yuval Rafaelin bir tərəfinin azərbaycanlı olduğu üzə çıxıb.

Milli.Az bildirir ki, bu barədə məlumatı İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" səhifəsində verib.

"İsraillin "Avroviziya" ulduzu Yuvalın yarı azərbaycanlı olduğunu indicə öyrəndik. Beləliklə, Azərbaycan finala çıxa bilməsə də, Azərbaycanın səsi hələ də bu səhnədə eşidilir".

Xatırladaq ki, bu axşam gün müsabiqənin ikinci yarımfinalı keçiriləcək. Azərbaycanı yarışmada "Mamagama" qrupu "Run with you" mahnısı ilə təmsil edib. Təmsilçilərimiz bu dəfə də finala vəsiqə qazana bilməyiblər.

Musa
Milli.Az