Ukrayna hökuməti Rusiya ilə İstanbulda keçiriləcək danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirib.
Milli.Az xəbər verir ki, nümayəndə heyətinə Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak, ofis rəhbərinin müavini İqor Jovkva, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andrey Sibiqa daxil ediləcək.
Milli.Az