Zelenski Nəriman Cəlalovu Ukraynanın Türkiyədəki səfiri təyin etdi

15 May 2025 00:07

Ukrayna Prezidenti Volodimir Zelenski Krım tatar xalqının Məclisi təşkilatının sədr müavini Nəriman Cəlalovu Ukraynanın Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Zelenskinin rəsmi saytında yayımlanan sərəncamda yer alıb.

Milli.Az