“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

14 May 2025 23:52

Bu gün Türkiyə Kubokunun final oyunu keçirilib.

Milli.Az xəbər verir ki, həlledici qarşılaşma "Trabzonspor" və "Qalatasaray" komandaları arasında baş tutub.

Viktor Osimhenin dublu və Barış Alper Yılmazın vurduğu qol sayəsində "sarı-qırmızılılar" matçdan 3:0 hesabı ilə qalib ayrılıblar.

Qeyd edək ki, bu qələbə sayəsində İstanbul təmsilçisi tarixində 19-cu dəfə bu titula sahib olub.

Milli.Az