Neymarın yeni lüks avtomobili - FOTO

15 May 2025 08:38

Braziliyanın "Santos" klubunda çıxış edən Neymar dəyəri 1.2 milyon avro olan avtomobil alıb.

Milli.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Braziliyalı hücumçu "Ferrari Purosangue" markalı avtomobilin sahibi olub.

Neymar bir müddət əvvəl məhdud sayda və 650 min avro dəyərində olan "Rolls-Royce" markalı avtomobilin sahibi olmuşdu.

Milli.Az