"Çox əziyyət çəkdim" - Mətanət İsgəndərlinin qızı - VİDEO

15 May 2025 00:13

"Mətanət İsgəndərli ana olaraq çox fədakardır. Onun mahnıları ilə böyümüşəm. Başqa bir ölkəyə köçəndən sonra isə onun mahnılarını kəşf etdim: "Əlvida", "Gecədən sübhədək". Onun hər bir mahnısı mənim üçün başqadır. Mənim anam böyük sənətkardır. Azərbaycanın Mətanət İsgəndərlisi və mahnıları hər zaman yaşayacaq".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər deyib. Türkiyədə yaşayan Ülkər anasının konsertinə görə Bakıya gəlib. O, Antalyadakı həyatından, ailəsindən danışıb:

"Həyat yoldaşım gəlməyib. Övladlarım isə balacadır və evdədirlər. İkinci oğlum olub: Enginhan. Qızımın adı isə Tuanadır. Başqa ölkədə yaşamaq asan deyil, çətindir. Amma deməli, qismət belədir. Anam tez-tez gəlir yanıma. Öyrəşənə qədər çox əziyyət çəkdim. Orada ev xanımam, uşaqlarım hələ balacadır".

Qeyd edək ki, M.İsgəndərlinin Kərim adlı oğlu, Ülkər adlı qız övladı var. Ülkər türk vətəndaşı ilə ailəlidir.  (Axşam.az)

Milli.Az