Bu yolda sürət həddi endirildi

14 May 2025 21:15

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə Milli.Az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qeyd edilir ki, bütün məlumat sürət tablolarında "sürüşkən yol" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Milli.Az