ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarında iştirak edib-etməyəcəyini müzakirə edib.
Milli.Az xəbər verir ki, Tramp "Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verərək bildirib:
"Putin mənim orada olmağımı istəyərdi və bu mümkündür... Mən bilmirəm, əgər mən orada olmasam, o orada olacaqmı? Biz bunu öyrənəcəyik", - deyə ABŞ prezidenti qeyd edib.
Tramp Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların müzakirə olunduğunu vurğulayıb, bununla bağlı qərarın hələ verilmədiyini bildirib.
Trampın sözlərinə görə, Putin ilə bağlı qərarların gələcəkdə daha da sərtləşə biləcəyi ehtimalı mövcuddur.
Fidan
Milli.Az