Sergen Yalçının yeni klubu bəlli oldu

14 May 2025 17:40

Sergen Yalçın yeni mövsümdən etibarən "Rizespor" klubunun baş məşqçisi vəzifəsini icra edəcək.

Milli.Az türk mediasına istinadla xəbər verir ki, tərəflər arasında danışıqlar hələ də davam etsə də, "Rizespor" Sergen Yalçını baş məşqçi postuna gətirməkdə qərarlıdırlar.

"Alanyaspor"da çalışan Sergen Yalçın isə daha sonra göndərilən təkliflərin heç birini qəbul etməyib.

Qeyd edək ki, "Rizespor" klubu İlhan Palut ilə yolları ayırmaq istədiyindən Sergen Yalçınla danışıqları sürətləndiriblər.

Milli.Az