Suriyaya qarşı bütün sanksiyaları ləğv elədi

14 May 2025 15:48

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən onlayn görüş zamanı mühüm açıqlama verib.

Milli.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya prezidentinin də qatıldığı görüşdə Tramp Suriyaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğv olunacağını bəyan edib.

"İndicə türkiyəli dostumla danışdım. Düşünürəm ki, o, Suriyaya böyük şans verəcək. Suriyaya qarşı bütün sanksiyaları qaldıracağıq. Bu, həqiqətən də yaxşı olacaq. Sanksiyaları ləğv etmək qərarım böyük alqışlarla qarşılandı", - deyə Tramp çıxışı zamanı bildirib.

Tramp əlavə edib ki, bu qərar Suriyanın yenidən qurulması və beynəlxalq aləmə inteqrasiyası üçün ciddi fürsət olacaq.

Qeyd edək ki, ABŞ prezidenti bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Suriya prezidenti Əhməd Şəranın iştirakı ilə keçirilən onlayn görüş zamanı verib.

Fidan
Milli.Az