"Vəziyyət nəzarətdən çıxırdı, bu səbəbdən öldürdülər” - Şok İDDİA

17 May 2025 01:01

Dünya ulduzu Cennifer Lopezin uzun illərdir birlikdə çalışdığı prodüser və ssenarist Elain Qoldsmit-Thomas ilk romanı olan "Climbing in Heels"də Hollivudun bilinməyən tərəflərini üzə çıxarıb. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, o, 1980-ci illərdə yaşadığı qorxulu bir hadisəni dilə gətirib.

Qoldsmit-Thomas Merilin Monronun ölümü ilə bağlı dəhşətli iddia irəli sürüb.

Cavanlığında "Villiam Morris" Agentliyində işləyərkən, yaşlı bir kişinin ofisə gəldiyini xatırladan prodüser, həmin şəxsin ona olan sözlərini deyib:

"Merilini öldürdülər. Mən istəmədim. Onu sevirdim. O, mənə "Əmi Milton" deyirdi. Amma vəziyyət nəzarətdən çıxırdı. Bu səbəbdən öldürdülər". 

Bu sözlərdən Qoldsmit-Thomas dəhşətə gəlib. O, daha sonra həmin qoca kişinin Frank Sinatra, Sammi Davis Jr. və Kennedy ailəsi ilə yaxın münasibətləri olan Peter Laufordun meneceri Milt Ebbins olduğunu öyrənib.

Ebbins bir zamanlar Hollivudda olduqca tanınmış biri idi və sənaye dünyasının ən dərin sirlərini bilən fiqurlardan biri olub.

Musa
Milli.Az