Vaxtı keçmiş yumurtaların son istifadə tarixini silən satıcı kameraya düşdü - VİDEO

14 May 2025 17:00

Türkiyənin bazarlarından birində satıcının yumurtaların üzərindəki son istifadə tarixini bıçaqla silməsi kameraya düşüb.

Milli.Az haberler-ə istinadla bildirir ki, o anları yaxınlıqdan keçənlərdən biri telefonla lentə alıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb və qida təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Hadisə bu sahə üzrə nəzarətin zəifliyini üzə çıxarıb.

Sosial mediada paylaşılan şərhlərdə insanlar sərt reaksiya veriblər. Bəziləri "Heç Allah qorxunuz yoxdur?", digərləri isə "Pazardan yumurta almayın, yumurta soyuducuda saxlanmalıdır" yazıblar.

İsmayıl
Milli.Az