25 illik fasilədən sonra ABŞ və Suriya liderləri ilk dəfə üz-üzə görüşüb. ABŞ prezidenti Donald Tramp və Suriya prezidenti Əhməd Şəra Suriyaya qarşı sanksiyaların ləğvindən sonra Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən tarixi zirvədə bir araya gəlib.
Milli.Az xəbər verir ki, zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. O, toplantıya onlayn şəkildə qoşulub. Eyni zamanda, ev sahibliyini edən Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da görüşə qatılıb.
Donald Tramp və Əhməd Şəra arasında baş tutan görüş son 25 ildə ABŞ və Suriya prezidentləri arasında keçirilən ilk rəsmi görüş kimi tarixə düşüb. Görüş Trampın Yaxın Şərq səfərinin ilk dayanacağı olan Ər-Riyadda keçirilib.
ABŞ prezidenti Donald Tramp görüşdən əvvəl verdiyi açıqlamada Suriyaya qarşı tətbiq olunan bütün sanksiyaları ləğv etdiyini bildirib. O, bu qərarın Türkiyə prezidenti Ərdoğanla apardığı danışıqlardan sonra verildiyini deyib:
Fidan
Milli.Az