"Avroviziya 2025"də bu ölkələr finala çıxdı

14 May 2025 11:47

Xəbər verdiyimiz kimi, dünən "Avroviziya 2025" mahnı müsabiqəsinin ilk yarımfinal mərhələsi keçirilib.

Milli.Az xəbər verir ki,  Bazeldə baş tutan müsabiqədə bu ölkələr finala vəsiqə qazanıb:

Norveç, Albanya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estonya, Portuqaliya, Ukrayna finala keçib.

Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.

Qeyd edək ki,  Azərbaycan təmsilçisi "Mamagama" qrupu müsabiqənin ilk yarımfinal mərhələsini adlaya bilməyib. Azərbaycan 10 nömrə altında çıxış edib.

Milli.Az