Ali məktəblərə keçid balları artırıla bilər

14 May 2025 12:21

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən 10 min nəfərdən çox olmasıdır. Yəni, abituriyent sayı nə qədər çox olursa, keçid balı bir o qədər artır. 

Bəs bu il ballar arta bilər? 

Məsələ ilə bağlı Milli.Az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib: 

"Bu il qəbul yerləri ötən ilə nisbətən çox olsa da, bu heç də abituriyentlərdə arxaynlıq yaratmamalıdır. 2024-cü ildə əgər qəbul plan yeri 58500 idisə, Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş plana əsasən bu il ali təhsil müəssələrinin qəbul plan yerinin 65 minə çatması proqnazlaşdırır. Plan yerləri keçən illə müqayisədə ən azı 5000 nəfər çoxdur. Amma bu trendlərin sayı 10 min nəfərdən artıqdır. Həmçinin yüksək bal toplayanların sayı keçən ilki ilə nisbətən çoxdur". 

Sözügedən mövzu ilə bağlı DİM-dən bildirildi ki, yayda ixtisas seçimindən öncə keçid ballarına təsir edə biləcək amillərlə bağlı jurnallar dərc ediləcək. İndidən hər hansı proqnoz söyləmək isə düzgün deyil. Abituriyent jurnalının 4-cü sayında konkret ixtisaslar üzrə ayrılmış plan yerləri dərc ediləcək. Yəni ümumi plan yerlərinin sayı arta bilər. Amma bu o demək deyil ki, həmin proses bütün ixtisaslara şamil olunacaq. Bəzi ixtisaslar üzrə artır, bəziləri üzrə azalır. 

Abituriyentlər bilməlidir ki, əgər həmin ixtisas üzrə plan yeri artıbsa, onda belə bir ehtimal var ki, keçid balı aşağı düşə bilər. 

Aysel Əkbər
Milli.Az