Sumqayıtda yanğın - sakinlər təxliyə edildi

14 May 2025 10:41

Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 30-cu məhəlləsində yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində baş verib.

Əraziyə dərhal Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğın zamanı binadakı mənzillərdən bir nəfər xilas edilib, ümumilikdə isə iki sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Milli.Az