"Real Madrid" kapitanlarından biri olan Lukas Vaskes ilə yollarını ayıracaq.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə idman jurnalisti Fabritsio Romano "Instagram" hesabında məlumat verib.
Lukas Vaskesin komandadan ayrılma qərarına səbəb isə "Kral klubu"nun yeni müqavilə şərtlərinə ağız büzməsi olub.
Qeyd edək ki, Lukas Vaskes bu mövsüm meydana çıxdığı 48 oyunda, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.
Tural
Milli.Az