Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı

14 May 2025 10:11

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhərində 18 yaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Milli.Az xəbər verir ki, Elgün İbrahimov xəstəxanada vəfat edib.

O, 34 saylı məktəbin 11-ci sinif şagirdi olub.

Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:

"Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi. Başı yoxdur, tikə-tikə idi".

Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, mayın 13-də 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub: "Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10 radələrində pasiyentin ölüm faktı qeydə alınıb".

Faktla bağlı araşdırma aparılır.

Asya
Milli.Az