Aparıcı Gülnarə həyat yoldaşından ayrıldığı üçün Bakıdadır? - VİDEO

14 May 2025 00:23

İllər sonra Azərbaycana gələn aparıcı Gülnarə Məmmədova həyat yoldaşından ayrılması ilə bağlı yayılan şayiələrdən danışıb. 

Milli.Az xəbər verir ki, aparıcı bu məlumatı təkzib edib. 

Gülnarə bildirib ki, o həyat yoldaşı və övladı ilə Azərbaycana gəlib. 

Aparıcı qeyd edib ki, həyat yoldaşı ilə ayırlmayıb, hətta onun həyat yoldaşı Özgürün işini Azərbaycana köçürmək planı var.

Xatırladaq ki, Gülnarə 2015-ci ildə Özgür adlı iş adamı ilə ailə quraraq Türkiyəyə köçüb. Həmin vaxt aparıcı keçmiş ANS televiziyasında çalışırdı. Cütlüyün 3 yaşında Mirac adlı övladı var. 

Gülnarə ötən ilin dekabrında Azərbaycana gəlib.  (baku.ws)

Milli.Az