İstanbulda zəlzələ oldu

13 May 2025 23:25

İstanbulda 4 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat verib. Məlumata görə, zəlzələnin episentri Silivri sahillərində yerin 4,4 kilometr dərinliyində yerləşib. Mərmərə dənizinin Silivri sahillərində baş verən zəlzələnin İstanbul və ətraf rayonlarda hiss olunduğu bildirilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Zəlzələ xüsusilə İstanbulun Avropa tərəfində hiss olunub, bəzi sosial media istifadəçiləri yeraltı təkanları hiss etdiklərini yazıblar.

Milli.Az