Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.
Milli.Az xəbər verir ki, 2014-cü ildə "Boğaziçi Universiteti"dən məzun olan Evcen illər sonra universitetinə geri dönərək, o dövrə aid xatirələrini izləyiciləri ilə bölüşüb.
Reklam çəkilişləri üçün bir zamanlar oxuduğu universitetə gedən 38 yaşlı aktrisa, çəkilişdən sonra kampusun yaşıllıqları arasında obyektivlərə poz verib. Universitet illərini xatırladan bu xüsusi məkanlarda çəkilən fotolarına, "Keçmiş yuvasında bir çəkiliş xatirəsi" yazan Evcen həm tələbəlik illərinə olan həsrətini, həm də karyerasındakı yeni addımları bir araya gətirib.
Sosial media hesablarını aktiv şəkildə istifadə edən məşhurlar arasında yer alan Fahriyenin paylaşımı qısa müddətdə minlərlə bəyənmə və şərh toplayıb. Pərəstişkarları, aktrisanın universitet illərinə geri dönüşünü və təbii pozalarını böyük bir maraqla qarşılayıb. Bir çox izləyicisi "Zaman dayandı kimi", "Kampusa yenidən işıq gətirdiniz" kimi duyğusal şərhlərlə hisslərini dilə gətirib.
Kənan
Milli.Az