Türkiyənin yerli avtomobili TOGG ilə BMW markalı avtomobilin iştirak etdiyi yol qəzası sosial mediada böyük maraq doğurub.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində BMW-nin ön kapotunda ciddi zədələnmə, TOGG-da isə yalnız səthi və kiçik bir zərər müşahidə olunub.
Sosial media istifadəçilərindən zarafat rəyləri
Qəzadan sonra yayılan fotoşəkillər sosial şəbəkələrdə zarafat və ironiya dolu şərhlərə səbəb olub. Bəzi istifadəçilər, "Əksər hallarda TOGG-a arxadan dəyirlər, bu təsadüfdürmü?" kimi fikirlər bildiriblər. Digərləri isə, "TOGG yenə hadisə ilə heç əlaqəsi olmayan bir duruş sərgiləyir" deyərək avtomobilin sağlamlığına yumoristik yanaşıblar.
Daha əvvəl də bənzər hallar yaşanmışdı
TOGG-un daha əvvəl baş verən oxşar qəzalarda da az zədə alması, yerli avtomobilin davamlılıq və təhlükəsizlik baxımından müsbət qarşılanmasına səbəb olub. Sosial media istifadəçiləri TOGG-un performansını bir daha yüksək qiymətləndiriblər.
Kənan
Milli.Az