Azərbaycanda Türkiyədən 2 dəfə ucuzdur - Türklər "üsyan edir" - FOTO

13 May 2025 12:15

Xəbər verdiyimiz kimi, Castin Timberleyk ilk dəfə Azərbaycana gəlir.

Milli.Az xəbər verir ki, Türkiyənin sosial şəbəkə səhifələrində Castin Timberleykin konsert qiymətləri müzakirə olunub.

Bildirilib ki, konserti Bakıda izləmək daha sərfəlidir. Belə ki, təyyarə bileti və konsert biletini toplayanda Türkiyədəki konsert bileti ilə təxmini eyni xərc tutur.

Qeyd edək ki, Timberleyk (Justin Timberlake) "The Forget Tomorrow" dünya turu çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çıxış edəcək. Tədbir 2025-ci il iyulun 27-də tarixində Bakı Olimpiya Stadionunda baş tutacaq.

İsmayıl
Milli.Az