Bu universitetin dekanı vəfat etdi - FOTO

13 May 2025 10:50

Gəncə Dövlət Universitetinin (GDU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Zakir Ələsgərov vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, 76 yaşlı professorun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, Z.Ələsgərov 1998-dən Gəncə Dövlət Universiteti rektorunun köməkçisi, 2000-ci idən isə rektorun məsləhətçisi işləyib. 2019-cu ildən fakültə dekanı olaraq fəaliyyət göstərirdi.

Milli.Az