"3000 dolları faizi ilə qaytar..."

13 May 2025 12:02

Xəbər verdiyimiz kimi, müğənnilər Mənzurə Musayeva və Əlikram Bayramov arasında pul qalmaqalı yaşanır.

Milli.Az xəbər verir ki, xanım ifaçı ona borcu olan həmkarına faizi ilə həmin borcu qaytarmağı təklif edib.

"Səni nəfsin allada bilər ancaq pul qüvvədə qalır. Mənə jest edib faizi ilə o məbləği qaytar. Əlikram üçün 3 min böyük pul deyil. Mənim görə həmçinin... Əsas məsələ odur ki, niyə işimə girib?".

Əlikram Bayramov isə bu sözlərlə özünə haqq qazandırmağa çalışıb:

"Bir dəfə həyatımda səhv etmişəm, onu özümlə aparmamışam. 7 il öncə yaşanan hadisədir. Təklif də Mənzurə xanımdan gəlmişdi. Həmin məsələdən sonra 50 dəfə eyni toya düşmüşük. İndi yenidən deyir ki, pulumu ver.

3000 dollar niyə verirəm ki? Həmin vaxt heç oxumamısan da. Məbləğin 1 faizini ala bilərsən. And verirəm ki, qarğış eləmə. Gözəl insandır, zarafat etdiyini düşünürəm. Yanında bir şey danışarsan ağlayar".

Musa
Milli.Az