"Google" 10 ildə ilk dəfə bunu etdi - FOTO

14 May 2025 06:06

Amerikanın Google korporasiyası 10 ildən sonra ilk dəfə olaraq öz loqotipini yeniləyib.

Milli.Az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Yeniləmə çərçivəsində şirkət eyni şrifti saxlamaqla G hərfindəki açıq rəngli bölmələri qradientlə əvəz etdi. Loqonun bu versiyası artıq iOS-da Google tətbiqində göstərilir. Bununla belə, Android proqramı və brauzeri hələ də loqonun köhnə versiyasını göstərir.

Google sonuncu dəfə loqosunu 1 sentyabr 2015-ci ildə yeniləyib. Bundan sonra korporasiya şrifti dəyişib və kiçik G hərfini böyük hərflə əvəz edib.

Milli.Az