“Ayla”nın real qəhrəmanı öldü - FOTO

13 May 2025 01:10

"Ayla" filmi ilə hekayəsi böyük maraq doğuran koreyalı Kim Eunja vəfat edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kim uzun müddətdir İnçxon yaxınlığındakı Songdo Hana xəstəxanasının Qocalar Baxımı Bölməsində müalicə alırdı. Son dövrlərdə demens (ağıl zəifliyi) xəstəliyindən əziyyət çəkən Kim'in yenidən sətəlcəmə yoluxduğu və dünən həyatını itirdiyi bildirilib.

Türkiyənin Seul səfirliyinin verdiyi yazılı açıqlamaya görə, Seul yaxınlığındakı İnçxon şəhərində övladları və nəvələri ilə yaşayan Kim Eunja, 2022-ci ildə COVID-19-a yoluxduqdan sonra sətəlcəm olmuşdu.

Kimin, son dövrlərdə vəziyyətinin ağırlaşdığı və sətəlcəmin təsiri ilə həyatını itirdiyi qeyd olunub. O, son anlarına qədər Türkiyəyə olan sevgisini qoruyub saxlayırdı və Türkiyənin Seul səfirliyi tərəfindən tez-tez ziyarət olunurdu.

Vəfat xəbərindən sonra Türkiyənin Seuldakı səfiri Murat Tamer mərhumun ailəsini ziyarət edərək başsağlığı verib. Prezident Rəcəb Tayyib Ərdoğan da 2018-ci ildə Ayla filminin gerçək qəhrəmanı Kim Eunja ilə görüşmüşdü.

Gerçək hadisəyə əsaslanan Ayla filmi, Koreya müharibəsi zamanı beş yaşında kimsəsiz bir qızı taparaq onun qayğısına qalan Astsubay Süleyman Dilbirliği ilə Ayla adını verdiyi bu qızın duyğusal hekayəsini izah edirdi.

Lalə Qüdrətova
Milli.Az