Bakı Şəhər Baş Polis İdarəsi Arif Məmmədovun axtarış dosyesini yaydı

12 May 2025 21:54

Bakı şəhər Baş Polis İdarəsi Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun axtarış dosyesini yayıb.

Milli.Az Lent.az-a istinadən xəbər verir ki, sabiq səfir Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirli bilinir.

Ona qarşı mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı və narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə maddələri ilə ittiham irəli sürülüb.

Milli.Az