Kök və izafi çəkililərə şad xəbər
19 İyul 2012 13:36
O, piy qatlarını maqnit-rezonans tomoqrafı vasitəsilə araşdırıb.
Milli.Az "New Scientist"ə istinadən bildirir ki, professor Bellin fikrincə, piylərdən və izafi çəkidən qorxmaq gərək deyil.
"İndi gombul, izafi çəkili sayılan insanlar minilliklər boyu gözəllik nümunəsi hesab olunublar. Kök adam həmişə var-dövlət, zənginlik, bərəkət timsalı olub. Klassik rəssamların əsərlərinin istisnasız olaraq hamısında bütün qadınları indi "izafi çəkili" saya bilərik. Yaşadığımız dövrdə bədən kütləsinin ideal çəki indeksi fasiləsiz azalır", - Bell deyib.
Alimin fikrincə, dərialtı piy qatı əslində bədəndə homeostazı qorumağa imkan verən ayrı əzadır.
Piy fertilliyi, iştahı, əhvalı nəzarətdə saxlayır və dəyişir. Əgər insanın dərialtı piy qatı yetərli səviyyədə olmasa, orqanizmin immun sistemi zəifləyəcək. Bu səbəbdən də sərt pəhrizlər saxlayaraq arıqlamağa dəyməz.
Məsələn, supermodel qadınların çəkiləri az olsa da, qaraciyərlərində yağ və piy çox olur. Bu isə şəkərli diabet və ürək xəstəlikləri riskini 2 dəfə artırır.
Milli.Az