Səhərlər yataqdan qalxmaq bəzən çətin ola bilər. Ancaq tibb mütəxəssisləri bildirir ki, günə kiçik bir hərəkətlə başlamaq həm fiziki, həm də zehni sağlamlıq üçün olduqca faydalıdır.
Milli.Az xəbər verir ki, fizioterapevtlərin sözlərinə görə, səhər oyanan kimi yataqda ediləcək cəmi 5 dəqiqəlik sadə məşq qan dövranını sürətləndirir, əzələləri oyadır və günə daha enerjili başlamağa kömək edir. Bu məşq həmçinin bel və boyun ağrılarının qarşısını almaqda təsirli hesab olunur.
Bəs bu məşq necə edilir?
Dərin nəfəs alın və verin - 1 dəqiqə ərzində sakit və dərin nəfəs alaraq bədəninizə oksigen dolmasına imkan yaradın.
Ayaqları yüngül şəkildə qaldırın - Hər iki ayağınızı bir qədər qaldıraraq 10 saniyə saxlayın və sonra yavaşca endirin.
Qolları yuxarı uzadın - Qollarınızı başınızın üzərinə uzadaraq gərilmə hərəkəti edin.
Dizləri sinəyə doğru çəkin - Sağ və sol dizləri növbə ilə sinəyə çəkin, hər biri üçün 10 saniyəlik uzanma tətbiq edin.
Boyun hərəkətləri - Başınızı yavaşca sağa və sola döndərin, hərəkətləri sakit və nəzarətli edin.
Bu sadə hərəkətlər bədənin oyadılması və səhər yorğunluğunun aradan qaldırılması üçün əla üsuldur. Mütəxəssislər bu vərdişi gündəlik həyata daxil etməyi tövsiyə edir.
Unutmayın, sağlamlıq kiçik addımlarla başlayır. Siz də hər səhər bu məşqlə bədəninizə və zehni rifahınıza investisiya edə bilərsiniz.
Fidan
Milli.Az