Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, məhkəmə xəstəxananın keçmiş əməkdaşı, baş tibb bacısı Gültəkin Əliyevanın işə bərpası və ona məcburi iş buraxdığı müddət üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarıb. Lakin qərar hələ də icra edilməyib.
İcra məmurlarının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, xəstəxana direktoru məhkəmə qərarını yerinə yetirməyib.
Direktor imtina səbəbini belə əsaslandırıb ki, Gültəkin Əliyevanın lobarant kim işə bərpası üçün zəruri olan diplomu və sertifikat sənədləri yoxdur.
Lakin məhkəmə bu səbəbləri əsassız sayaraq qərarın icra olunmamasını qanun pozuntusu hesab edib.
Qərara əsasən, Bayram Muradov İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (icra məmurunun qanuni tələblərini yerinə yetirməmə) maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimə edilib.
Milli.Az