110 kilo arıqlayan tanınmış aktrisa indi belə görünür - FOTO

12 May 2025 16:19

Aktrisa Aslı Samatın son görüntüsü böyük maraq doğurub.

Milli.Az xəbər verir ki, yaxın zamanda 110 kiloqram çəki atan aktrisanın incə və zərif görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub.

Samat bildirib ki, o, 2 yaşından etibarən sürətlə çəki almağa başlayıb. Təxminən 12 il əvvəl bu vəziyyətlə mübarizə aparmaq üçün mədə kiçiltmə əməliyyatı keçirib.

Uzun illər davam edən çəki problemi və əməliyyatdan sonrakı həyat tərzi dəyişikliyi nəticəsində Aslı Samat indi daha rahat və özünə güvənli hiss etdiyini deyib.

"Mən indi daha rahatam, hətta bir serialda kimsə mənə aşiq ola bilər. Heç kök və artıq çəkili bir qıza aşiq olan obraz görmüsünüz? Əvvəllər əks cinsin marağı yox idi, indi isə var. Çünki sevgi çox zaman ilk baxışdan başlayır və ilk baxış görünüşlə bağlıdır", - deyə aktrisa səmimi etiraf edib.

Fidan
Milli.Az