Somali ilə müdafiə sahələrində əməkdaşlıq sazişi təsdiqləndi

12 May 2025 15:23

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Milli.Az