Aleyna Tilki səhnədə qorxulu anlar yaşadı - Anbaan VİDEO

12 May 2025 23:03

Türkiyəli məşhur müğənni Aleyna Tilki həyəcanlı anlar yaşayıb.

Milli.Az xəbər verir ki, o, konsert məkanlarının birində səhnəyə çıxıb.

Sənətçinin fanatının anidən səhnəyə atılması onu çox qorxudub. Dərhal müdaxilə olunub və müğənni ilə foto çəkdirmək istəyən gənc oğlan səhnədən aşağı endirilib.

Aleyna isə daha sonra fanatını geri çağıraraq, istəyini həyata keçirməsinə şərait yaratmaq istəyib.

İfaçı qorxub qaçmasını isə hadisənin anidən baş verməsi ilə əlaqələndirib.

Həmin görüntüləri təqdim edirik:

Hüseyn
Milli.Az